Skip to main content

Xidmətlər

Peşəkar komandamız paltaryuyan, qabyuyan, soyuducu və kondisionerlərinizin uzunömürlü çalışmasını təmin etmək üçün zəmanətli tam spektrli texniki xidmət göstərir. Biz yalnız nasazlıqların aradan qaldırılması ilə kifayətlənmir, eyni zamanda orijinal ehtiyat hissələrindən istifadə edərək cihazlarınızın ilkin performansını bərpa edirik.

Paltaryuyan təmiri

Paltaryuyan maşınların quraşdırılması,texniki baxışı və təmiri.

Qabyuyan təmiri

Qabyuyan maşınların quraşdırılması,texniki baxışı və təmiri.

Soyuducu təmiri

NoFrost, DeFrost, vitrin soyuducuların təmiri, soyuducu depoların, anbarların yığılması və quraşdırılması

Kondisioner təmiri

Split və chiller tipli kondisionerlərin, VRF mərkəzi soyutma sistemlərin təmiri, sökülməsi və quraşdırılması

Peşəkar Məişət Texnikası Təmiri

Temirchin.az olaraq paltaryuyan, qabyuyan, soyuducu və kondisioner təmiri sahəsində peşəkar xidmət göstəririk. Təcrübəli ustalarımız nasazlığı qısa zamanda aşkar edir və etibarlı şəkildə aradan qaldırır. Məqsədimiz müştərilərimizə sürətli və keyfiyyətli servis təqdim etməkdir.

Rəylər

Xidmət keyfiyyətimizin ən dürüst göstəricisi, illərdir bizə etibar edən yüzlərlə məmnun müştərimizin rəyləridir. Texnikanızın təmiri prosesində nümayiş etdirdiyimiz peşəkarlıq və şəffaflıq haqqında onların təəssüratları ilə aşağıda tanış ola bilərsiniz.

Tərlan Məmmədov

Paltaryuyan usta xidməti sifariş etdim və çox razı qaldım. Artıq keyfiyyətli usta xidməti dedikdə ağlıma ilk temirchin.az gələcək. Var olun.

Tural Əliyev

Operativ və zəmanətli təmir. Ustaların öz sahəsində peşəkar olduqları dərhal bilinir. Minnətdaram.

Rəsul Mehdiyev

Qiymətlərin münasibliyi və ustaların operativliyini çox bəyəndim.Təşəkkürlər!

Ən çox verilən suallar

Bəli. Təmir bitdikdən sonra müştəriyə 1 il müddətinədək təqdim edilir.

Sifarişlərə dərhal cavab vermək və Bakının istənilən nöqtəsinə həmin gün daxilində usta göndərmək əsas prinsipimizdir. İş qrafikimizdə boşluq olduğu təqdirdə, cəmi bir saat içində ünvana çataraq nasazlığı yerindəcə müayinə edirik.

Diaqnostika tamamlandıqdan sonra usta problemin nədən qaynaqlandığını müəyyən edir və görüləcək işlər, həmçinin lazım olan ehtiyat hissələri barədə müştəriyə məlumat verir. Daha sonra yerinə yetiriləcək əməliyyatların və dəyişdiriləcək detalların qiyməti prays-listə uyğun şəkildə hesablanır. Usta ümumi məbləği sizə bildirir və yalnız bundan sonra təmir prosesinə start verir.

Diaqnostikanın dəyəri avadanlığın növünə və müştərinin yerləşdiyi ünvana görə dəyişir və adətən 10–20 AZN aralığında olur. Təmir xidmətimizdən yararlanan müştərilər üçün isə diaqnostika tamamilə pulsuz həyata keçirilir. Yoxlama prosesi ixtisaslı ustalar tərəfindən xüsusi cihaz və avadanlıqlardan istifadə olunaraq aparılır.

Əksər texniki nasazlıqlar müraciət etdiyiniz gün dərhal ünvanınızda aradan qaldırılır. Yalnız xüsusi mürəkkəblik dərəcəsi olan təmir işləri üçün 24-48 saatlıq icra müddəti nəzərdə tutulur.